Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Suriya erməniləri işğal olunmuş ərazilərimizə köçürüləcək?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Suriya erməniləri işğal olunmuş ərazilərimizə köçürüləcək?

Suriya erməniləri işğal olunmuş ərazilərimizə köçürüləcək?


Daşnaksutyun Partiyasının işğal olunmuş Azərbaycan ərazisi olan Dağlıq Qarabağdakı ofisində Suriya ermənilərinin problemləri ilə bağlı xüsusi komitə yaradılıb.
“yerkramas.org” saytının verdiyi məlumata görə, toplantıda Suriya ermənilərinin Dağlıq Qarabağa köçürülməsi məsələsi müzakirə olunub. Ermənilərin işğal etdikləri Qubadlı, Zəngilan və Laçın rayonunun bir hissəsində yaratdıqları “Kaşataq” adlı qondarma rayonun rəhbəri Suren Xaçatryan Suriya ermənilərindən bu əraziyə köçmək üçün müraciət aldığını deyib. O, artıq 1 ailəni yerləşdirmək üçün razılığa gəldiklərini və daha 5 ailəni qəbul etməyə hazır olduqlarını bildirib. S. Xaçatryan son hadisələrdən əvvəl Suriyadan 7 ailənin gəldiyini və 5 ailənin burada qaldığını söyləyib.

Geri dön