Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Saakaşvilinin Gürcüstana qayıdış qərarını açıqlayacağı gün bəlli oldu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Saakaşvilinin Gürcüstana qayıdış qərarını açıqlayacağı gün bəlli oldu

Saakaşvilinin Gürcüstana qayıdış qərarını açıqlayacağı gün bəlli oldu


Gürcüstanda sonuncu prezident seçkilərindən sonra eks-prezident Mixail Saakaşvilinin geri çəkildiyi hiss olunur. Bir vaxtlar Gürcüstana gəlməyə can atan Saakaşvili sanki bu gün mübarizədən əlini geri götürüb.

Müxalif Vahid Milli Hərəkat Partiyasının Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputatı Azər Süleymanov isə açıqlamasında bu fikirlərlə razılaşmadığını bildirib.

“Saakaşvili siyasi mübarizədən geri çəkilməyib. Avropada, Amerikada yaşayan bütün Gürcüstanlıları ətrafına toplayır. Fevralın 10-da bütün emiqrantlarla görüş keçirəcək. Hamımız səbirsizliklə fevralın 10-nu gözləyirik. Həmin gün qərar veriləcək. Hansı qərarın necə veriləcəyi həmin gün bəlli olacaq. Saakaşvili artıq Amerikanın bütün ştatlarında görüşlər keçirib. Fevralın 10-da Brüsselə yaxın bir şəhərə emiqrantlarla toplaşacaq”.

Azərbaycanlı deputat Saakaşvilinin Gürcüstana qayıtmaq fikrinin hər zaman aktual olduğunu söyləyib:

“Saakaşvilinin emiqrantlarla birgə birbaşa Gürcüstana qayıtmaq fikri də var. Fikirlərinizlə razı deyiləm. Saakaşvili gündəmdən düşməyib. Xalq Saakaşvilini dəstəkləyir. Gürcüstan dövləti bu gün çətin durumdadır. Ona görə də Saakaşvilinin Gürcüstana gəlməsi çox vacibdir”

Geri dön