Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Minskdə təşkil olunan beynəlxalq kitab sərgi-yarmarkasında ölkəmizə aid stend qurulub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Minskdə təşkil olunan beynəlxalq kitab sərgi-yarmarkasında ölkəmizə aid stend qurulub

Minskdə təşkil olunan beynəlxalq kitab sərgi-yarmarkasında ölkəmizə aid stend qurulub


Belarusun paytaxtı Minsk şəhərində ənənəvi XXVI Beynəlxalq Kitab Sərgi-Yarmarkası açılıb.

Mədəniyyət Nazirliyi və ölkəmizin Belarusdakı səfirliyinin dəstəyi ilə sərgi-yarmarkada milli stendimiz də qurulub.

Mədəniyyət Nazirliyindən bildirilib ki, stendimiz tərtibatı və kitabların çeşidinə görə sərgi-yarmarkanın mühüm stendlərindən biri kimi qiymətləndirilib. Stenddə ölkəmizin bugünkü həyatı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, həmçinin ölkəmizin tarixi ilə bağlı mühüm kitablar sərgilənir. İştirakçılar tərəfindən böyük maraqla qarşılanan milli stendimizi ziyarət edənlərə mədəniyyətimiz, tariximiz, adət-ənənələrimiz, müasir ədəbiyyatımız haqqında geniş məlumatlar verilir, onlara jurnal, informasiya bukletləri paylanılır.

Sərginin açılış günü milli stendi belaruslu rəsmi şəxslər, xarici ölkələrin səfirləri, habelə Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, ölkəmizin Belarusdakı səfiri Lətif Qəndilov ziyarət edib.

Respublikanın müxtəlif nəşriyyatları tərəfindən çap edilən məhsulların nümayiş olunduğu ekspozisiyanın fəaliyyətində Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr” də fəal iştirak edir.

Qeyd edək ki, sərgi-yarmarka fevralın 10-dək davam edəcək.

Geri dön