Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > RATİ İran səfirliyinin qarşısında piket keçirəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > RATİ İran səfirliyinin qarşısında piket keçirəcək

RATİ İran səfirliyinin qarşısında piket keçirəcək


Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) avqustun 6-da İranın Azərbaycandakı səfirliyi qarşısında piket keçirəcək. Piketin məqsədi ictimai diqqəti avqustun 7-də İranda keçiriləcək Azərbaycan şairlərinin məhkəməsinə yönəltməkdir.

İnstitutun direktoru Emin Hüseynov Amerikanın Səsi radiosuna bildirib ki, piketin keçirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilib.

“Mayın 2-də Təbrizdə həbs edilmiş Azərbaycan şairləri Fərid Hüseyn və Şəhriyar Hacızadənin avqustun 7-də məhkəməsi keçiriləcək. Biz beynəlxalq təşkilatların və ictimaiyyətin diqqətini məhkəməyə yönəltmək məqsədi ilə dinc piket keçirəcəyik. Piketdə 50 nəfər jurnalist, hüquq müdafiəçisi və ədib iştirak edəcək”, - deyə o qeyd edib.
Azərbaycan vətəndaşları Fərid Hüseyn və Şəhriyar Hacızadə bu il aprelin 28-də Tehranda keçirilən şer festivalına dəvət alıb. Şairlər festivalda iştirak etdikdən sonra Azərbaycana qayıdarkən mayın 2-də Təbriz şəhərində mülki geyimli şəxslər tərəfindən həbs edilib. İran şairlərin ölkəyə qanunsuz gəldiyini bildirib, halbuki İran Azərbaycan vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv edib.

Geri dön