Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dmitri Şuqayev: Belarusun Azərbaycana “Polonez” tipli komplekslər satması Rusiyanı narahat etmir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Dmitri Şuqayev: Belarusun Azərbaycana “Polonez” tipli komplekslər satması Rusiyanı narahat etmir

Dmitri Şuqayev: Belarusun Azərbaycana “Polonez” tipli komplekslər satması Rusiyanı narahat etmir


“Azərbaycan bu gün təkcə bizimlə deyil, digər tərəfdaşlarla da, xüsusən Belarusla əməkdaşlıq edir. Bu, bizi narahat etmir”.

Bunu “Kommersant” qəzetinə müsahibəsində Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev bəyan edib.

Azərbaycana Belarusdan “Polonez” tipli komplekslərin satışı barədə suala cavab verən D.Şuqayev qeyd edib ki, Rusiya sağlam rəqabətin tərəfdarıdır. O əlavə edib: “Azərbaycan bu gün təkcə bizimlə deyil, digər tərəfdaşlarla da, xüsusən Belarusla əməkdaşlıq edir. Bu, bizi narahat etmir: birincisi, biz sağlam normal rəqabətin tərəfdarıyıq, ikincisi, hər iki ölkə MDB-nin üzvüdür. Belə olan halda biz buna qarşı necə çıxa bilərik? Əgər bütün bunlar sağlam düşüncə çərçivəsində baş verirsə, biz heç kimə heç nə diktə edə bilmərik və bunu etmək də istəmirik”.

D.Şuqayev Türkiyə ilə hərbi-texniki əməkdaşlıqdan da bəhs edib. Qeyd edib ki, bu gün Türkiyənin sifarişlər portfeli 1 milyard dollardan çoxdur. 2017-ci ildə Ankara ilə S-400 zenit-raket komplekslərinə dair kontrakt imzalanıb və 2019-cu ilin payızınadək öhdəliklər yerinə yetiriləcək. Rusiya, həmçinin texnikanın, o cümlədən aviasiya texnikasının birgə hazırlanması üzrə Türkiyə ilə əməkdaşlıq edir.

Fəridə Abdullayeva

Geri dön