Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Barselona” – “Real Madrid” oyunu heç-heçə başa çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > “Barselona” – “Real Madrid” oyunu heç-heçə başa çatıb

“Barselona” – “Real Madrid” oyunu heç-heçə başa çatıb


Futbol üzrə İspaniya Kubokunda yarımfinal mərhələsinin ilk oyunu keçirilib.

“Nou Kamp” stadionunda “Barselona” və “Real Madrid” komandaları üz-üzə gəlib. Görüş heç-heçə ilə yekunlaşıb - 1:1. Hesabı 6-cı dəqiqədə qonaq komandadan Lukas Vaskes açıb. 57-ci dəqiqədə isə Malkom meydan sahiblərinin bərabərlik qolunu vurub.

“Barsa”nın kapitanı Lionel Messi 63-cü dəqiqədən sonra oyunda olub. Argentinalı hücumçu La Liqanın ötən turunda “Barselona” ilə 2:2 hesablı heç-heçə etdikləri görüşdə zədələndiyi üçün start heyətdə yer almayıb.

Qeyd edək ki, digər yarımfinal matçı bu gün "Betis" və "Valensiya" arasında olacaq. Cavab qarşılaşmaları fevralın 27-28-də keçiriləcək.

Geri dön