Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Traxtur” klubunda yeni təyinat
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > “Traxtur” klubunda yeni təyinat

“Traxtur” klubunda yeni təyinat


Təbrizin “Traxtur” futbol klubunda yeni təyinat olub.

“Traxtur”la bağlı mətbuatda yayılan xəbərlərdə klubun yeni təyin olunmuş icraçı direktorunun kimliyinə aydınlıq gətirilib. Məlumata görə, Şərqi Azərbaycan Gənclər və İdman İdarəsinin keçmiş icraçı direktoru Əyyub Behtac Rəyasət Heyəti tərəfindən Azərbaycan klubunun icraçı direktoru təyin olunub.

Ə.Behtac bundan əvvəl Ərdəbil Əyaləti Gənclər və İdman Təşkilatının rəisi və Ərdəbilin “Zob Ahən” klubunun icraçı direktoru vəzifəsində çalışıb.

Bundan əlavə, “Traxtur”un yeni icraçı direktoru Olimpiya, Asiya və digər beynəlxalq yarışlarda ağırlıqqaldırma, Yunan-Roma və sərbəst güləşi üzrə baş məşqçi kimi iştirak edib.

Geri dön