Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şirin İbadi dünya birliyini İran İslam Respublikası rejimini zəiflətməyə çağırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Şirin İbadi dünya birliyini İran İslam Respublikası rejimini zəiflətməyə çağırıb

Şirin İbadi dünya birliyini İran İslam Respublikası rejimini zəiflətməyə çağırıb


Sülh üzrə Nobel mükafatı laureatı Şirin İbadi fevralın 8-də “Röyters” agentliyinə verdiyi müsahibəsində dünya birliyini İran İslam Respublikası rejimini zəiflətməyə çağırıb.

Ruhanilərin hakimiyyətdə olduğu son 40 ildə İranda insan hüquqlarının davamlı olaraq kobud şəkildə pozulduğunu bildirən İbadi deyib ki, o, Qərbin İrana qarşı tətbiq etdiyi sanksiyaların tərəfdarı deyil: “İranda insan hüquqlarının pozulması, islam inqilabının qələbə çalmasından dərhal sonra, yəni keçmiş rejim rəsmilərinin bir neçə dəqiqəlik məhkəmələrdə ölümə məhkum edilərək tələm-tələsik edam olunması ilə başlayıb. Təəssüflər olsun ki, 40 il əvvəldən başlanan bu hüquq pozuntuları bu günə qədər davam edir.

Qərbin İrana qarşı tətbiq etdiyi sanksiyalarına və onun ölkəmizə təsirinə gəlincə, düşünürəm ki, bu sanksiyalar İran əhalisini yoxsullaşdırdığı bir halda, hakimiyyətə yaxın şəxslərin yaranmış ağır vəziyyətdən sui-istifadə edərək çirkli pullar əldə etməsinə fürsət yaradır.

Hesab edirəm ki, dünya birliyi İran hakimiyyətini zəiflətmək istiqamətində hansısa bir addım atmalı, nəsə etməlidir. Misal üçün, İran rəsmilərinin Qərb ölkələrinə səfərinə sanksiya qoyulmalı, onların xarici ölkələrdəki əmlakı müsadirə edilməlidir, İran Dövlət Televiziyası verilişlərinin peyk vasitəsilə digər ölkələrə yayımına qadağa qoyulmalıdır”.

Geri dön