Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ATƏT-in fəaliyyətdə olan sədri Gürcüstana səfər edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > ATƏT-in fəaliyyətdə olan sədri Gürcüstana səfər edib

ATƏT-in fəaliyyətdə olan sədri Gürcüstana səfər edib


ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak fevralın 10-da Gürcüstana səfər edib.

Səfər çərçivəsində ATƏT-in sədri ölkə Prezidenti, Baş nazir, xarici işlər naziri, barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri ilə görüşlər keçirəcək.

Görüşlərdə Gürcüstan ilə ATƏT arasında əməkdaşlıq, regional təhlükəsizlik, Rusiya-Gürcüstan münasibətlərinin normallaşmasında ATƏT-in rolu, ATƏT regionunda münaqişələrin sülh yolu ilə həlli, ölkədəki demokratik vəziyyət və digər məsələlər diqqət mərkəzində olacaq.

Səfər fevralın 11-də başa çatacaq.

Geri dön