Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ-da beşinci qadın prezidentliyə namizədliyini elan edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > ABŞ-da beşinci qadın prezidentliyə namizədliyini elan edib

ABŞ-da beşinci qadın prezidentliyə namizədliyini elan edib


ABŞ-da beşinci qadın – Minnesota ştatından olan senator Emi Klobuşar 2020-ci ildə prezidentliyə namizəd olacağını elan edib.

Demokrat Partiyasının üzvü olan 58 yaşlı senator Elizabet Uorren, Kamala Harris, Tulsi Qabbard və Kirsten Gillibranddan sonra növbəti prezident seçkilərində iştirak etmək istəyən beşinci qadındır.

Senator Emi Klobuşar əmək fəaliyyətinə özəl şirkətdə hüquq məsləhətçisi kimi başlayıb, 1998-ci ildə Minnesota ştatının baş prokuroru olub. O, doqquz il sonra həmin ştatdan Senata üzv seçilib. Emi Klobuşar insanlarla xoş rəftarına görə “pambıq şəkəri ledisi” ləqəbi ilə çağırılır. O, 2001-ci ildə ABŞ-da “İlin vəkili” seçilib.

Geri dön