Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib

Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib


Prezident İlham Əliyev Zahid Orucun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Zahid Məhərrəm oğlu Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, Z.Oruc hazırda Milli Məclisin deputatıdır.
Dövlət başçısının digər sərəncamı ilə “Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 525 nömrəli fərmanında dəyişiklik edilib.
Müəyyən edilib ki, Sosial Tədqiqatlar Mərkəzi (bundan sonra – Mərkəz) ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir;
Mərkəzə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə Heyəti həyata keçirir.

Geri dön