Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanlı fəallar Şapur Nüsrətpur və Murtaza Sənayi saxlanılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Azərbaycanlı fəallar Şapur Nüsrətpur və Murtaza Sənayi saxlanılıb

Azərbaycanlı fəallar Şapur Nüsrətpur və Murtaza Sənayi saxlanılıb


Fevralın 11-də Ərdəbildə azərbaycanlı milli-mədəni fəallar Şapur Nüsrətpur və Murtaza Sənayi saxlanılıb.

Məlumata görə, Ettelaat əməkdaşları fəalların evinə müraciət edərək onları saxlayıb.

Şapur Nüsrətpur və Murtaza Sənayinin yaxınlarının sözlərinə görə, fəallar birinci Ərdəbilin İnqilab Məhkəməsinə aparılıb, onlar növbətçi hakimin qərarı ilə Ettelaat İdarəsinin təcridxanasına intiqal edilib.

Hələlik fəalların saxlanmasının səbəbi və digər təfərrüatlar barədə dəqiq məlumat olmasa da, onların tanınmış azərbaycanlı fəal Abbas Lisaninin qanunsuz saxlanmasına qarşı etirazlarla bağlı saxlandığı ehtimal olunur. Bu hadisədən bir gün əvvəl Ərdəbildə həmin etirazlarla bağlı azərbaycanlı fəalların ev və iş yerlərində axtarış aparılmışdır.

N.S

Geri dön