Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda törədilən terror aktında ölənlərin sayı 41 nəfərə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda törədilən terror aktında ölənlərin sayı 41 nəfərə çatıb

İranda törədilən terror aktında ölənlərin sayı 41 nəfərə çatıb


İranın Sistan-Bəlucistan bölgəsində törədilən terror aktı zamanı həlak olanların sayı artaraq 41 nəfərə çatıb.

Terrorçular İran İslam İnqilabının Keşikçiləri Korpusunun əsgərlərini daşıyan avtobusu partladıblar. Əsgərlərlə yanaşı, avtobusda bir neçə zabit də olub. Həş-Zahidan yolu ilə hərəkət edən avtobus terrorçu kamikadze tərəfindən partladılıb. Yayılan xəbərlərə görə terror aktına görə məsuliyyəti “Ceyşul-Ədl” qruplaşması öz üzərinə götürüb.

Hadisə yerinə gələn təhlükəsizlik qüvvələrinin əməkdaşları bildiriblər ki, avtobusda 20 nəfər əsgər olub və onların hamısı ölüb. Həlak olan 21 nəfər isə mülki əhalidir.



Rabil Kətanov

Geri dön