Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənistanın hərbi prokuroru: “Orduda ağır cinayətlər və korrupsiya halları artıb”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Ermənistanın hərbi prokuroru: “Orduda ağır cinayətlər və korrupsiya halları artıb”

Ermənistanın hərbi prokuroru: “Orduda ağır cinayətlər və korrupsiya halları artıb”


“Ermənistan Silahlı Qüvvələrində 2018-ci ildə 182 korrupsiya hadisəsi qeydə alınıb ki, bu da 2017-ci illə müqayisədə 66 faiz çoxdur”.
Bunu ölkənin hərbi prokuroru Vaqe Arutyunyan bildirib.
Ötən ilin yekunlarına dair Hərbi Prokurorluqda keçirilən müşavirədə çıxış edən V.Arutyunyan deyib ki, həmin hadisələrdən 173-ü üzrə cinayət işi başlanılıb. Onun sözlərinə görə, 86 nəfər barəsində başlamış 43 cinayət işi məhkəməyə göndərilib.
Ötən ildə 2017-ci illə müqayisədə dövlətə 7,3 dəfə artıq, yaxud 422 milyon 236 min 614 dram (863 min dollar) məbləğində maddi ziyan dəyib.
Hərbi prokurorun sözlərinə görə, orduda törədilən ağır cinayət hallarının sayı 9 hadisə, yaxud 8,1 faiz artıb. Qeydə alınan xüsusi ilə ağır cinayətlərin sayı isə 43 hadisə olub. Bunlardan biri hərbçinin öz xidmət yoldaşını qətlə yetirməsi cinayətidir. Digər hadisə zamanı isə mülki şəxs hərbçini öldürüb.
V.Arutyunyan qeyd edib ki, iki halda hərbçilərin bir-birini qətlə yetirməsi cəhdinin, rəis tərəfindən güc tətbiqinin, habelə 7 dəfə vəzifəli şəxsin rüşvət alması cəhdinin qarşısı alınıb. Ötən il hərbçilər 1173 halda bir-birinə ağır bədən xəsarət yetirib.

Geri dön