Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ukraynada prezident seçkilərinə 45 gün qalmış üç namizəd liderlik edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Ukraynada prezident seçkilərinə 45 gün qalmış üç namizəd liderlik edir

Ukraynada prezident seçkilərinə 45 gün qalmış üç namizəd liderlik edir


Ukraynada keçiriləcək prezident seçkilərinə 45 gün qalmış namizədlərin reytinqində ilk üçlükdə şoumen Vladimir Zelenskiy, hazırkı Prezident Petro Poroşenko və sabiq baş nazir, “Batkivşina” partiyasının lideri, deputat Yuliya Timoşenko qərarlaşıb.

Bu reytinqin nəticəsi Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun yanvarın 31-i-fevralın 10-da apardığı sorğuda məlum olub.

Sorğuda iştirak edənlərin 26,9 faizi Zelenskiyə, 17,7 faizi Poroşenkoya, 15,8 faizi isə Timoşenkoya səs veriblər. Respondentlərin təxminən yarısı seçkilərdə hansı namizədin qalib gələcəyini söyləyə bilməyib.

Qeyd edək ki, Ukraynada prezident seçkilərində 44 namizəd iştirak edəcək. Səsvermə martın 31-də keçiriləcək.

Emil Hüseynli

Geri dön