Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə “Bozqurd” qadağasına görə Avstriyaya nota verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Türkiyə “Bozqurd” qadağasına görə Avstriyaya nota verib

Türkiyə “Bozqurd” qadağasına görə Avstriyaya nota verib


Türkiyənin Xarici İşlər Nazirliyi Avstriya parlamentinə “Bozqurd” işarəsi ilə bağlı etiraz notası göndərib.
Avstriya parlamentinin qəbul etdiyi “Rəmz qanunu” layihəsində “Bozqurd” işarəsi terrorçu PKK qruplaşmasının rəmzi ilə eyni siyahıya daxil edilib.
Türkiyə Xarici İşlər Nazirliyi bunun qəbuledilməz olduğunu vurğulayaraq Avstriya parlamentinin bu addımını sərt şəkildə qınadığını bildirib. Nazirlik Avstriya ali qanunverici orqanının “Bozqurd” işarəsinə münasibətini “populist”, “qalmaqal yaradacaq” hadisə adlandırıb. Bildirilib ki, parlamentin qəbul etdiyi bu qanun layihəsi 2019-cu il martın 1-də qüvvəyə minəcək.
“Avstriya ağıl və məntiqdənkənar qərarıyla, sadəcə, bu işarədən istifadə edən partiya və onun dəstəkləyənləri deyil, bütün siyasət qurumunu və qanuni siyasətin əsasını hədəf alıb. Avstriyanın bu hərəkətinin ikitərəfli əlaqələrimizə ciddi mənfi təsiri olacaq. Avstriyanın populizmi körükləyən dalan siyasətindən əl çəkərək bu yoldan dönməsini gözlənilməkdədir. Əlaqələrimizdə fanatizm və populizmin yerini sağlam ağıla verməsi vacibdir”, - notada qeyd olunub.

Geri dön