Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Məşhur əmanətçinin heykəli ucaldıldı – Zəncanda
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Məşhur əmanətçinin heykəli ucaldıldı – Zəncanda

Məşhur əmanətçinin heykəli ucaldıldı – Zəncanda


Zəncanda məşhur azərbaycanlı əmanətçi, Hacı Həsən Nə`lçigərin heykəli ucaldılıb.

Onun heykəli əmanət verilmiş bir velosipedi 45 il saxladığı üçün küçələrin birində quraşdırılıb.

Heykəl əmanətdarlıq ənənəsini qoruyub saxlamaq və sədaqətli olmağı təbliğ etmək məqsədi ilə ucaldılıb.

Hacı Həsən Nə`lçigər əmanət olan bir velosipedi sahibinə çatdırmaq üçün 45 il onu saxlayıb. O hər gün mağazasını açdıqdan sonra velosipedi iş yerinin önünə çıxarıb, axşam saatlarında mağazanı bağlarkən onu içəri aparıb, lakin velosipedin sahibi heç vaxt geri dönməyib.

Hacı Həsən Nə`lçigər dekabr ayında 82 yaşında dünyasını dəyişib.

Geri dön