Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Parisdə “sarı jiletlər” etiraz aksiyasının üç ayı dinc şəkildə qeyd edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Parisdə “sarı jiletlər” etiraz aksiyasının üç ayı dinc şəkildə qeyd edilib

Parisdə “sarı jiletlər” etiraz aksiyasının üç ayı dinc şəkildə qeyd edilib


Fransada “sarı jiletlər” etiraz aksiyalarının başlanmasının üç ayının tamam olmasını qeyd etmək üçün 1500 nümayişçi Yelisey çölləri prospektinə toplaşıb.

Ölkənin digər şəhərlərində də küçələrə çıxan nümayişçilər əvvəlki etiraz aksiyalarında yaralananların xatirəsinə mahnı oxuyublar. Yuxarı Marn departamentinin Sen-Dizye kommunasında yalnız qadınlar nümayiş ediblər.

Parisdə nümayişçilər günorta saatlarında Eyfel qülləsi yaxınlığındakı “Champs de Mars” parkına, axşam isə Respublika meydanına doğru gediblər.

Qeyd edək ki, “sarı jiletlər” etiraz aksiyasının 14-cü aktı çərçivəsində Lion şəhərində polis maşınına hücum və Parisdə akademik Alain Finkielkrauta qarşı antisemit davranış siyasətçilər, eləcə də “sarı jiletlilər” tərəfindən kəskin tənqid edilib. Belə aktların qəbuledilməzliyi bildirilib.

Şəhla Ağalarova

Geri dön