Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Etirazlar cavab verdi; Abbas Lisaninin ailəsi onunla görüşə bilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Etirazlar cavab verdi; Abbas Lisaninin ailəsi onunla görüşə bilib

Etirazlar cavab verdi; Abbas Lisaninin ailəsi onunla görüşə bilib


Tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin qanunsuz saxlanması ilə əlaqədar etirazların artması və Azərbaycan ictimaiyyətinin tələbi öz nəticəsini verib, artıq Lisani ailəsi Ərdəbil zindanında saxlanılan fəalla görüşə bilib.

Görüş fəalın saxlanmasından bir aydan çox keçdiyi bir vaxtda şənbə günü, fevralın 16-ı Təbriz vaxtı ilə saat 15 radələrində baş tutub. Lisani ailəsi fəalla Ərdəbil zindanına nəzarət edən hakimin otağında təhlükəsizlik qüvvələrinin nəzarəti altında görüşüb.

Abbas Lisani ailəsinə bildirib ki, təhlükəsizlik və məhkəmə orqanları onunla bağlı uydurma dosye təşkil etmək niyyətindədir, ona görə də ağır məhkəmə hökmü ilə üzləşə bilər.

Tanınmış fəal təkid edib ki, Azərbaycan türk millətinin demokratik və mədəni hüquqları uğrunda sonuna qədər müqavimət göstərəcək, yeri gələrsə bu yolda canını da fəda etməyə hazırdır.

Görüş zamanı məlum olub ki, fəal təknəfərlik kameradan çıxarıldıqdan sonra aclıq aksiyasını dayandırıb.

Abbas Lisaninin azadlığa buraxılması üçün etirazlar müxtəlif formalarda davam etdirilir. “Mən də Abbas Lisaniyəm” 30 saniyyəlik video kampaniyası internetdə günü-gündən genişlənir, Tehran da daxil olmaqla Güney Azərbaycan şəhərlərində posterlər paylanılır və divarlara şüarlar yazılır. Avropa ölkələrində İran səfirliyi qarşısında etiraz aksiyalarının keçirilməsi, Azərbaycan Respublikasının partiyaları və Türkiyə vətəndaşlarının məsələyə münasibət bildirməsi, beynəlxalq insan hüquqları qurumlarına müraciət etmək və sosial şəbəkələrdə aparılan kampaniyalar Abbas Lisaniyə verilən dəstək işlərinin tərkib hissəsidir.
Cümə günü Təbrizin səhənd stadionunda keçirilən “Traxtur”-“İstiqlal” görüşündə isə 100 min “Traxtur” tərəfdarı şüarlar səsləndirərək Abbas Lisaninin azadlığa buraxılmasını tələb ediblər.

Abbas Lisani yanvarın 15-də Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində keçirilən məhkəmə iclasına qatıldıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Ərdəbil Zindanının karantin bölümünə aparılıb.

N.S

Geri dön