Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: "Lazım olsa özüm də Çeçenistana gedəcəyəm”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: "Lazım olsa özüm də Çeçenistana gedəcəyəm”

Fərəc Quliyev: "Lazım olsa özüm də Çeçenistana gedəcəyəm”


Hadisə ilə bağlı olaraq bir çox sözü keçən çeçen dostlarımla əlaqə saxlamışam. Onlar da bu işlə məşğuldurlar.

"Moskvadakı bu olay məişət zəminində baş verən konflikt idi. Heç kim onu böyüdə, heç bir düşmənimiz bundan öz çirkin məqsədləri naminə istifadə edə bilməz”

Sfera.az-a açıqlamasında bu sözləri fevralın 15-də Moskvadakı "Neolit” kafesində azərbaycanlılarla çeçenlər arasında baş vermiş insidentlə bağlı məsələyə toxunarkən Milli Məclisin deputatı Fərəc Quliyev deyib:

"Bu adi məişət zəminində baş verən olayı siyasiləşdirmək, nəinki münaqişə zəminində təqdim etmək, həmçinin gələcəkdə xalqlar arası münasibətlərdə mənfi təsirinin ola biləcəyi kimi dəyərləndirmək doğru deyil. Azərbaycan və çeçen xalqları qardaş xalqlardır. Ortaq düşmənlərimiz və ortaq dostlarımız olub. Həmçinin ortaq talelələrə maliyik. Çətin günlərdə bir-birimizin yanında olmuşuq. Qarabağ savaşında da çeçenlər işğalçı Ermənistana qarşı mübarizədə iştirak ediblər. Yəni bu iki xalq təmənnasız olaraq hər zaman bir-birinə kömək edib. Ona görə də Moskvada baş vermiş hadisəni bizi istəməyən qüvvələrin böyütməsinə dəyməz. Onlar nə qədər çabalasalar da bu iki xalq arasında dostluq və qardaşlığa zərrə qədər də olsa xələl gətirə bilməyəcəklər. Olay məişət zəminində baş verən konflikt idi. Onu heç kim böyüdə bilməz. Heç bir düşmənimiz bundan istifadə edə bilməz. Bu qardaş xalqları nəinki bir-birinə qarşı qoymaq olmaz, hətta bir-birinə qarşı soyutmaq da mümkün deyil. Moskvada hər iki icma nümayəndələri bir araya gəlib və məsələnin böyüməsinə imkan verməyəcəklərini bəyan ediblər. Hesab edirəm ki, bu olaydan kimlərinsə sui-istifadə etməsinə imkan vermək lazım deyil. İctimaiyyət, jurnalistlər, hər kəs bu məsələnin normal şəkildə sahmana salınmasına, ortaq barışığın əldə olunmasına çalışılmalı, kiminsə ondan istifadə etməyinə yol verilməməlidir. Hadisə ilə bağlı olaraq bir çox sözü keçən çeçen dostlarımla əlaqə saxlamışam. Onlar da bu işlə məşğuldurlar. Lazım olsa özüm də Çeçenistana gedəcəyəm”.

ELÇİN

Geri dön