Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qahirədə törədilən partlayış nəticəsində 3 nəfər ölüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Qahirədə törədilən partlayış nəticəsində 3 nəfər ölüb

Qahirədə törədilən partlayış nəticəsində 3 nəfər ölüb


Qahirənin mərkəzində yerləşən Əl-Gamaliyya rayonunda terrorçu-kamikadze özünü partladıb.

Misirin Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən Qahirənin Əl-Gamaliyyə rayonunda təqib edilən terrorçu saxlanılan zaman özünü partladıb. Partlayış nəticəsində terrorçunun özü və təhlükəsizlik qüvvələrinin iki əməkdaşı ölüb, daha 3 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyi ötən cümə günü Qiza meydanındakı "Əl-İstikama" məscidinin yaxınlığına partladıcı qurğunun məhz bu terrorçu tərəfindən yerləşdirildiyini təsdiqləyib.

Xatırladaq ki, fevralın 15-də təhlükəsizlik qüvvələri Qiza meydanındakı "Əl-İstikama" məscidinin yaxınlığına yerləşdirilən partladıcı qurğunu zərərsizləşdirməyə müvəffəq olmuşdu.

Asya Hacızadə

Geri dön