Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Keçən il xaricə səfər edən Gürcüstan vətəndaşlarından 29 mindən çoxu ölkəyə qayıtmayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Borçalı > Keçən il xaricə səfər edən Gürcüstan vətəndaşlarından 29 mindən çoxu ölkəyə qayıtmayıb

Keçən il xaricə səfər edən Gürcüstan vətəndaşlarından 29 mindən çoxu ölkəyə qayıtmayıb


Keçən il xarici ölkələrə səfər edən Gürcüstan vətəndaşlarının 29 min 237 nəfəri geriyə qayıtmayıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, 2018-ci ildə vətəndaşların ölkədən 3 milyon 697 min 152 dəfə çıxışı qeydə alınıb. Geriyə isə 3 milyon 667 min 915 giriş qeydə alınıb.

2017-ci ildə isə bu rəqəmlər müvafiq olaraq 3 milyon 850 min 617 (çıxış) və 3 milyon 813 min 867 (giriş) olub. 36 min 750 nəfər ölkəyə geri qayıtmayıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, 2018-ci ildə 4584 Gürcüstan vətəndaşı xarici ölkələrdən deportasiya edilib ki, onların da əsas hissəsi Türkiyə, İsrail və Almaniyadan olub.

Xətayi Əzizov

Geri dön