Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Gələcək texnologiyalar konfransı 2019” keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > “Gələcək texnologiyalar konfransı 2019” keçiriləcək

“Gələcək texnologiyalar konfransı 2019” keçiriləcək


Noyabrın 14-15-də ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində “Gələcək texnologiyalar konfransı” (Future Technologies Conference – FTC 2019) keçiriləcək.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutundan bildirilib ki, konfransda 50-dən çox ölkənin aparıcı universitetləri, tədqiqat şirkətlərinin nümayəndələri, eləcə də alim və tədqiqatçılar texnologiya və hesablama sahələrində qabaqcıl araşdırmaları təqdim edəcəklər.

“FTC 2019” texnologiya trendləri, elektronika, süni intellekt, kommunikasiya, təhlükəsizlik istiqamətlərini əhatə edəcək. Məqalələr martın 1-dək qəbul olunur.

Konfransa qəbul olunmuş məqalələr “Springer” nəşriyyatının “Advances in Intelligent Systems and Computing” seriyasında dərc ediləcək və indeksləşmə üçün “ISI Proceedings”, “EI-Compendex”, “DBLP, SCOPUS”, “Google Scholar” və “Springerlink”ə təqdim olunacaq.

Geri dön