Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xamneyinin nümayəndəsi: “Öldürülən hər bir “Sepah”çıya görə 10 nəfəri öldürəcəyik”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Xamneyinin nümayəndəsi: “Öldürülən hər bir “Sepah”çıya görə 10 nəfəri öldürəcəyik”

Xamneyinin nümayəndəsi: “Öldürülən hər bir “Sepah”çıya görə 10 nəfəri öldürəcəyik”


İranın dini liderinin “Sepah”dakı nümayəndəsi axund Abdulla Hacı Sadiqi fevralın 19-da jurnalistlərə açıqlamasında bir həftə əvvəl Zahidan şəhərində “Sepah” avtobusuna qarşı həyata keçirilən intihar hücumundan və öldürülən “Sepah”çılardan danışıb.

İntihar hücumunda öldürülən “Sepah”çıları “şəhid” adlandıran axund Hacı Sadiqi bildirib ki, hökumət “terror aktı”nı törədən “terrorçular”dan dəhşətli intiqam alacaq: “Xaş-Zahidan yolu istiqamətində terror aktını törədən terrorçulardan intiqam alınması çox gecikməyəcək və biz tez bir vaxtda intiqamımızı alacağıq. Aldığımız qərara görə, biz şəhid edilən hər bir “Sepah”çıya görə terrorçulardan 10-unu öldürəcəyik”.

Axund Hacı Sadiqi hakimiyyətə müxalif olan yaraqlı bəluc qruplarına qarşı təhdidin detallarını açıqlamayıb.

Xatırladaq ki, fevralın 13-ü axşam saatlarında Sistan-Bəlucistan əyalətində “Sepah”ın sərhəd qüvvələrini daşıyan avtobusa qarşı intihar hücumunda 27 “Sepah”çı həlak olub, 17-si yaralanıb. Hadisə, Xaş-Zahidan yolu istiqamətində olan Çanəli məntəqəsində baş verib. Naməlum intiharçı şəxs, idarə etdiyi bomba dolu avtomobili “Sepah” avtobusuna çırpıb. Nəticədə 27 “Sepah”çı yerindəcə həlak olub, 17-si ağır yaralanıb.
Xamneyinin nümayəndəsi: “Öldürülən hər bir “Sepah”çıya görə 10 nəfəri öldürəcəyik”
İntihar hücumunda öldürülən "Sepah"çılar

Olaydan az sonra, İranın sünni məzhəbli bəluclarının milli və dini hüquqları uğrunda silahlı mübarizə apardığını bildirən, hərbi bazaları Pakistanın muxtar Bəlucistan əyalətində olan “Ceyş ül- Ədl” (Ədalət ordusu) təşkilatı bəyanat yayaraq, “Sepah” avtobusuna qarşı həyata keçirilən intihar hücumunun məsuliyyətini öz üzərinə götürüb.

Geri dön