Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Həmsədrlər Ermənistanda Qarabağı müzakirə etdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Həmsədrlər Ermənistanda Qarabağı müzakirə etdi

Həmsədrlər Ermənistanda Qarabağı müzakirə etdi


Ermənistanda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla görüşüb. Görüşdə Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endryu Şeferlə (ABŞ) yanaşı, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi müzakirə edilib.
Məlumata görə, tərəflər gələcəkdə atılacaq addımlar barədə fikir mübadiləsi aparıb.

Qeyd edək ki, bundan öncə həmsədrlər Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb. İrəvandan sonra həmsədrlər Bakıya gələcəklər.

Geri dön