Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rəsmi Vaşinqton Ermənstanın XİN başçısının ABŞ-a səfərini təxirə salıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Rəsmi Vaşinqton Ermənstanın XİN başçısının ABŞ-a səfərini təxirə salıb

Rəsmi Vaşinqton Ermənstanın XİN başçısının ABŞ-a səfərini təxirə salıb


Rəsmi Vaşinqton Ermənstanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın ABŞ-a səfərini təxirə salıb.
Bunu Ermənistanın Xarici İşlər Nazirliyindən bildiriblər.
Buna səbəb olaraq, Ermənistanın Rusiya ilə birlikdə Suriyaya humanitar və hərbi yardım göndərməsi göstərilir.
Rəsmi Yerevan Suriyaya humanitar yardım göndərməsinə haqq qazandırmaq üçün müxtəlif əsaslar göstərsə də ABŞ Dövlət Departamenti hələlik bunları yetərli saymır. Məlumata görə, Z.Mnatsakanyanla ABŞ-ın dövlət katibi Maykl Pompeo arasında telefon danışığı olub, amma bu da vəziyyəti dəyişməyib.
Qəzet yazıb ki, Ermənistan tərəfi xarici işlər nazirinin Vaşinqtona səfərini və ABŞ rəsmiləri ilə görüşləri çoxdan gözləyir və buna hazırlığa xeyli vaxt sərf edibmiş.
Qeyd edək ki, fevralın 8-də Ermənistan 83 nəfərlik heyətlə Suriyaya humanitar yardım göndərib.

Geri dön