Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Beynəlxalq Ana Dili Günü ilə əlaqədar divarlara şüarlar yazılıb – Ərdəbildə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Beynəlxalq Ana Dili Günü ilə əlaqədar divarlara şüarlar yazılıb – Ərdəbildə

Beynəlxalq Ana Dili Günü ilə əlaqədar divarlara şüarlar yazılıb – Ərdəbildə


Xəbər verdiyimiz kimi, bu gün dünyada Beynəlxalq Ana Dili Günü qeyd olunur.

Güney Azərbaycanda bu önəmli gün münasibəti ilə müxtəlif tədbirlər həyata keçirilir. Ərdəbil şəhərində məktəblərin binasına ana dilində təhsil tələbi ilə şüarlar yazılıb.

Azərbaycanlı fəallar divarlara qrafit texnikası ilə “Bizim ana dilimiz türkcədir” şüarı kimi sözlər yazıblar. Soydaşlarımız bununla İranda təkdilli təhsil sistemi və türk dilinin rəsmi şəkildə tanınmamasına etiraz bildiriblər.

Təhsil ocaqlarının açılışı günü ərəfəsində isə başda Ərdəbil şəhəri olmaqla Güney Azərbaycanın əksər şəhərlərində “Hər azərbaycanlı şagird üçün türkcə bir kitab” kampaniyası keçirildi. Təxminən 2 ay davam edən kampaniyada azərbaycanlı məktəblilərə çox sayda türkcə kitablar hədiyyə edilmişdir.

Geri dön