Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanlı siyasi məhbuslar Beynəlxalq Ana Dili Günü münasibəti ilə aclıq edib, Ərdəbil və Qoşaçayda türkcə kitablar paylanılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Azərbaycanlı siyasi məhbuslar Beynəlxalq Ana Dili Günü münasibəti ilə aclıq edib, Ərdəbil və Qoşaçayda türkcə kitablar paylanılıb

Azərbaycanlı siyasi məhbuslar Beynəlxalq Ana Dili Günü münasibəti ilə aclıq edib, Ərdəbil və Qoşaçayda türkcə kitablar paylanılıb


Güney Azərbaycanda 21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibəti ilə müxtəlif tədbirlər həyata keçirilir.

Məlumata görə, Ərdəbil və Qoşaçay şəhərlərində məktəblərdə şagirdlərə çox sayda türkcə kitablar hədiyyə edilib. Azərbaycanlı milli-mədəni fəallar tərəfindən kitabların paylanması müəllimlər, şagirdlər və onların valdeyinləri tərəfindən alqışlanıb.

İran zindanlarında məhbus həyatı yaşayan azərbaycanlı fəallar isə Beynəlxalq Ana Dili Günü münasibəti ilə aclıq aksiyasına başlayıb.

Abbas Lisani, Lətif Həsəni, Siyamək Mirzayi, İbrahim Nuri və Əmir Səttari bir neçə gün əvvəl bəyanat yayaraq fevralın 20-dən aclıq edəcəklərini elan ediblər. 5 gün davam edəcək aksiya məktəblərdə türk dilinin tədris olunmaması və türk dilinin İranda rəsmi dil kimi tanınmamasına etiraz olaraq keçirilir.

Ərdəbilli fəallar kitab paylama kampaniyasını siyasi məhbusların aclıq aksiyası bitənədək davam etdirmək niyyətindədir, kampaniyanın digər Azərbaycan şəhərlərində də həyata keçiriləcəyi gözlənilir.

Təhsil ocaqlarının açılışı günü ərəfəsində başda Ərdəbil şəhəri olmaqla Güney Azərbaycanın əksər şəhərlərində “Hər azərbaycanlı şagird üçün türkcə bir kitab” kampaniyası keçirildi. Təxminən 2 ay davam edən kampaniyada azərbaycanlı məktəblilərə çox sayda türkcə kitablar hədiyyə edilmişdir.

Ərdəbil:

Geri dön