Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Urmiyədə divarlara Abbas Lisaninin azadlığa buraxılmasını tələb edən posterlər yapışdırılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Urmiyədə divarlara Abbas Lisaninin azadlığa buraxılmasını tələb edən posterlər yapışdırılıb

Urmiyədə divarlara Abbas Lisaninin azadlığa buraxılmasını tələb edən posterlər yapışdırılıb


Ötən ay Təbrizdə saxlanılan tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin qanunsuz saxlanmasına qarşı etirazlar səngimək bilmir.

Son məlumata görə, Urmiyə şəhərində tanınmış fəalın təhlükəsizlik qüvvələri tərəfindən saxlanmasına etiraz edən soydaşlarımızın sayı gün keçdikcə artır. Bu məqsədlə şəhərin müxtəlif küçə və xiyabanlarında divarlara Abbas Lisaniyə dəstək məqsədi ilə posterlər yapışdırılıb.

Posterlərdə milli-mədəni fəalın şəkili və “Abbas Lisanini azad edin”, “Abbas Lisani Azərbaycan millətinin səsidir”, “Biz hamımız Abbas Lisaniyik – Urmiyə” və s. kimi sözlər öz əksini tapıb.

Oxşar posterlər Tehran, Təbriz, Ərdəbil və s. kimi şəhərlərdə də dəfələrlə yayılıb.

Abbas Lisani yanvarın 15-də Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində keçirilən məhkəmə iclasına qatıldıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Ərdəbil Zindanının karantin bölümünə aparılıb. Fəal saxlandığı gündən Azərbaycanın bütün şəhərlərində onun azadlığa buraxılması tələbi ilə divarlara şüarlar yazılıb, posterlər paylanılıb və plakatlar nümayiş etdirilib. İnternetdı isə “Mən də Abbas Lisaniyəm” kampaniyası keçirilir, soydaşlarımız qısa videolar yayaraq fəalın qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edirlər.

Fevralın 15-də Təbrizin səhənd stadionunda keçirilən “Traxtur”-“İstiqlal” görüşündə isə 100 min “Traxtur” tərəfdarı şüarlar səsləndirərək Abbas Lisaninin qeyri-müəyyən vəziyyətdə saxlanmasına etiraz bildiriblər.

N.S

Geri dön