Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > SADƏLİYİN, SƏMİMİYYƏTİN AKADEMİK ZİRVƏSİ NİZAMİ CƏFƏROV-60
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > SADƏLİYİN, SƏMİMİYYƏTİN AKADEMİK ZİRVƏSİ NİZAMİ CƏFƏROV-60

SADƏLİYİN, SƏMİMİYYƏTİN AKADEMİK ZİRVƏSİ NİZAMİ CƏFƏROV-60


Ömrün və yaşın 60 illiyinə qədəm
qoyan, akademik Nizami Cəfərov çox gənc yaşlarında belə müdriklik sərhədlərini öz kəhər atı ilə tez bir zamanda keçib gəlmişdir. Bu insanın ömür yoluna diqqət kəsildikdə, onun həyatın, zamanın min bir üzünü, çətinliklərə, mərhumiyyətlərə mərdliklə sinə gərərək, 60 illik bir ömür yolunu “çox tozanaq atlını, təmkin
atı ilə keçən” – həyatın min bir harmoniyasına dözən və yaşayan hörmətli akademikimiz Nizami Cəfərov elmin yüksəkliklərini çox erkən yaşlarında fəth etmişdir. O, həm elmin, həm də elin Nizamisidir. Əlbəttə, doğmaları, ata-anası ona Nizami adıln qoymaqda yanılmayıblar, ulu Nizaminin adını bütün ömür boyu şərəflə daşımışdır. Nizami Cəfərovun 60 yaşı tamam olur, düzü adam inanmaq istəmir, onu belə cavan, ruhlu saxlayan mənə elə gəlir ki, onun daha çox səmimiyyəti, sadəliyi, səxavətliyidir. Nizami Cəfərov daha çox fərqli bir adamdır. Elə, obaya, dosta, doğmalara daha yaxın bir insandır.
Akademik Nizami Cəfərov “Atatürk” Mərkəzinə rəhbərlik edir. Onun burada milli-mənəvi dəyərlərimizin təbliğ və tərənnümünə təşkil etdiyi ədəbi-bədii tərbirlər bir daha sübut edir ki, o, müasirlərindən daha çox millidir, daha çox milli əxlaqa, milli-mənəvi dəyərlərlə nəfəs alan bir şəxsiyyətdir. Onun rəhbərlik etdiyi “Atatürk” Mərkəzi indi bütün istiqamətləri ilə Bakının, paytaxtımızın böyük mədəni mərkəzlərindən biri sayılır. Şəhərimizin mərkəzində yerləşən bu tarixi bina indi türkdilli xalqların üz çevirdiyi bir qiblədir. Burada, türkdilli xalqların tarixi-mədəni əlaqələrinin inkişafı istiqamətində biri-birindən maraqlı mədəni kütləvi tədbirlər keçirilir. Əlbəttə, bu keçirilən tədbirlərin baş rejissoru akademik, Nizami Cəfərovdur.
Bir 60 yaşı tamam olan müdrik bir insan kimi onu bu nailiyyətlərə gətirib, çıxaran onun əzmlə, zəhmətlə çalışmağı öz üzərində zəhmətlə işləməyi olub. Respublikamızda keçirilən müxtəlif ədəbi-bədii tədbirlərdə Nizami Cəfərovun çox böyük istedadının, zəngin mütaliəsinin şahidi olmuşuq. Milli məsələlərdə onun bir alimi kimi, bir deputat kimi, qətiyyətli mövqeyinin sərgiləməsini görmüşük. Mən onu həmişə mərhum yazıçı Mirzə İbrahimovla müqayisə etmişəm. Mirzə İbrahimov qətiyyətli Nizami Cəfərov! – Bu insan daha çox türkçüdü, millətçidi, vətəndaşdı, ictimai fikir mərkəzlərində millətimizin taleyi ilə bağlı məsələlərdə daha qətiqqətlidi, mübarizdi.
- Görünən dağa nə bələdçi...
Səmimiyyətin, səxavətliyin, sadəliyin böyük zirvəsi, Tanrı dağlarının əlçatmaz zirvəsi olan hörmətli .akademikimiz Nizami Cəfərovun 60 yaşını təbrik edirik. Qoy ömrün qalan hissəsini də belə mənalı, mətin yaşasın, yaratsın və bir daha doğmalarının qəlbində özünə əbədi heykəl ucaltsın. 60 yaşın mübarək ustad!..

Vəli Səmədli,
AJB-nin üzvü


Geri dön