Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə Superliqası: “Trabzonspor” səfərdə “Göztəpə”ni məğlub edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Türkiyə Superliqası: “Trabzonspor” səfərdə “Göztəpə”ni məğlub edib

Türkiyə Superliqası: “Trabzonspor” səfərdə “Göztəpə”ni məğlub edib


Fevralın 22-də futbol üzrə Türkiyə Superliqasının XXIII turunun ilk görüşündə turnir cədvəlində 4-cü pillədə qərarlaşan “Trabzonspor” klubu səfərdə “Göztəpə”nin qonağı olub.

“Bornova” stadionunda baş tutan görüş qarşılıqlı hücumlar şəraitində keçsə də, oyunda qonaqlar qalib gəlib. Qarşılaşmanın 27-ci dəqiqəsində Trabzon təmsilçisi Huqo Rodalleqanın vurduğu qolla hesab açılıb. Birinci hissə bu nəticə ilə yekunlaşıb. Meydan sahibləri isə görüşün 71-ci dəqiqəsində Deniz Kadahın 11 metrlik cərimə zərbəsindən vurduğu qolla hesabı bərabərləşdirib. Lakin 2 dəqiqə sonra qonaqlar yenidən üstünlüyü ələ alıblar. Abdulkadir Parmak komandasının 2-ci qolunu vurub. Sonda isə “Göztəpə”nin futbolçusu Kadu 90-cı dəqiqədə öz qapısına qol vuraraq Trabzon təmsilçisinin qələbəsini rəsmiləşdirib. Beləliklə “Trabzonspor” səfərdə “Göztəpə”ni 3:1 hesabı ilə məğlub edib.

Qalibiyyət sayəsində xallarının sayı 36 olan “Trabzonspor” turnir cədvəlində 4-cü yerdədir. “Göztəpə” isə 25 xalla 13-cü pillədə qərarlaşıb. Turun digər oyununda isə “Rizəspor” öz meydanında “Yeni Malatyaspor”u 3:0 hesabı ilə üstələyib.

Geri dön