Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mərkəzi Elmi Kitabxanada yeni layihə: “Bir müəllifin izi ilə”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Mərkəzi Elmi Kitabxanada yeni layihə: “Bir müəllifin izi ilə”

Mərkəzi Elmi Kitabxanada yeni layihə: “Bir müəllifin izi ilə”


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycanın tanınmış şəxsiyyətlərinə həsr olunan “Bir müəllifin izi ilə” layihəsinə start verib.

MEK-dən bildirilib ki, bu məqsədlə keçirilən ilk tədbir Azərbaycanın görkəmli geoloq alimi, Dövlət Mükafatı laureatı, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli, AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə həsr olunub.

Tədbirdə bildirilib ki, akademik Akif Əlizadə haqqında və onun elmi əsərlərindən ibarət kolleksiya oxucuların istifadəsinə verilib. Kolleksiyaya görkəmli alimə aid, MEK-in Milli Rəqəmsal Yaddaş bazasında mühafizə olunan 70-dən çox sənəd daxildir. Bu sırada akademikin müəllifi olduğu ikicildlik “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: elmi biblioqrafik göstərici”, “Geologiya İnstitutu Azərbaycanın müstəqilliyinin 20 ili ərzində”, “Qədim dənizlərin temperaturu” əsərləri, alim haqqında yazılmış “Akademik Akif Əlizadə: istedadla enerjinin harmoniyası”, “Аkif Aqa Mexti oqlı Ali-zade: Biblioqrafiya” kitablarını qeyd etmək olar. Azərbaycan elmi irsinin sistemləşdirilməsi və gələcək nəsillərə ötürülməsi, həmçinin müəyyən olunmuş hədəflərin icrası üçün MEK tərəfindən Milli Rəqəmsal Yaddaş bazasının, Vahid İdarəetmə Sisteminin formalaşdırıldığı, eləcə də “Vikipediya”da ölkəmizə aid məlumatların mütəmadi yeniləndiyi nəzərə çatdırılıb.

Sonra MEK-in “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən akademik Akif Əlizadənin yubileyi münasibətilə “Vikipediya”ya alim haqqında əlavə olunmuş məlumatlar, tərcümələr və redaktələr barədə məlumat verilib. Bildirilib ki, akademik haqqında Azərbaycan və rus dillərində mövcud məlumatlar redaktə edilib, ingilis dilində yeni məqalə yaradılıb.

Təqdimat mərasimində kitabxana informasiya resurslarının müxtəlif sahələrdə tətbiqi, informasiyanın məzmun təhlükəsizliyi, milli yaddaş, sərbəst ensiklopedik resurslarda Azərbaycan tarixi və mədəniyyəti və digər mövzular müzakirə edilib.

Geri dön