Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Londonda yürüş keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Londonda yürüş keçirilib

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Londonda yürüş keçirilib


Bir neçə saat davam edən yürüşdə Britaniyanın müxtəlif universitetlərindən azərbaycanlı və xarici tələbələrlə yanaşı, çoxsaylı insan iştirak edib.

Mitinq iştirakçıları Xocalı hadisələri zamanı erməni faşistlərinin dinc sakinləri amansız işgəncələrlə qətlə yetirmələri, faciənin günahkarlarının cəzalandırılması, habelə bu soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət verilməsi barədə çağırışlar edib, “Xocalıya ədalət!”, “Biz ədalət tələb edirik”, “Biz sülh istəyirik”, “Qarabağ bizimdir, bizim olacaq” şüarları səsləndiriblər.

Trafalqar Meydanında başlayan yürüş Britaniya parlamenti binasının qarşısında mitinqlə davam edib.

Yoldan keçərkən aksiyanı görən və soyqırımı ilə maraqlanan müxtəlif ölkələrin təmsilçiləri həmvətənlərimizə dəstək olduqlarını bildiriblər.

Aksiya Azərbaycanın dövlət himninin oxunması ilə başa çatıb.

Aynurə Tağıyeva

Geri dön