Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bu il yaz fəsli Azərbaycana martın 21-i saat 01:58-də qədəm qoyacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Bu il yaz fəsli Azərbaycana martın 21-i saat 01:58-də qədəm qoyacaq

Bu il yaz fəsli Azərbaycana martın 21-i saat 01:58-də qədəm qoyacaq


Yaz fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) bildirilib ki, 2019-cu ildə yaz fəsli Azərbaycana martın 21-i Bakı vaxtı ilə saat 01:58-də daxil olacaq.

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək və həmin andan şimal yarımkürəsində yaz fəsli başlanacaq.

Geri dön