Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qazaxıstan Prezidenti respublika hökumətinə yeni başçı təyin edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Qazaxıstan Prezidenti respublika hökumətinə yeni başçı təyin edib

Qazaxıstan Prezidenti respublika hökumətinə yeni başçı təyin edib


Qazaxıstan prezidenti Nursultan Nazarbayev fevralın 25-də Askar Maminin respublikanın Baş naziri təyin edilməsi barədə fərman imzalayıb.

Bu barədə məlumat Qazaxıstan liderinin mətbuat xidmətinin rəsmi “Twitter” səhifəsində dərc olunub.

Əlli üç yaşlı Əsgər Mamin müxtəlif dövrlərdə respublikanın nəqliyyat və kommunikasiya naziri, Astana şəhərinin meri vəzifələrində çalışıb, “Qazaxıstan dəmir yolları” milli kompaniyasına rəhbərlik edib. 2016-cı ilin sentyabr ayından Qazaxıstanın baş nazirinin birinci müavini postunu tutub, 2019-cu il fevralın 21-dən, hökumətin istefasından sonra müvəqqəti olaraq nazirlər kabinetinin rəhbərinin səlahiyyətlərini icra edib.

İlahə Əhmədova

Geri dön