Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İƏT Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyası keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İslam dini > İƏT Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyası keçiriləcək

İƏT Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyası keçiriləcək


Martın 1-də Əbu-Dabidə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyası keçiriləcək.

Sessiyanın gündəliyinə bir sıra siyasi, iqtisadi və sosial məsələlər, həmçinin müsəlman aləmi qarşısında duran problemlər daxil edilib. “İslam əməkdaşlığının 50 ili: tərəqqi və inkişafın yol xəritəsi” devizi altında keçiriləcək sessiyada təşkilata üzv ölkələr arasında əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılması istiqamətində iqtisadi əlaqələndirmə məsələləri ətrafında da fikir mübadiləsi aparılacaq.

Nazirlərin görüşünə İƏT-in baş katibi Yusif bin Əhməd əl-Usaymin də qatılacaq. İclasda 56 üzv ölkədən və beş müşahidəçi dövlətdən nümayəndələr iştirak edəcək. Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun da sessiyada iştirakı gözlənilir.

İƏT-in 50 illik yubileyi ilə üst-üstə düşən ikigünlük sessiyada Xarici İşlər nazirləri müsəlman ölkələrində sülh və sabitlik, habelə inteqrasiya və əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

İƏT Xarici İşlər Nazirləri Şurası, həmçinin ekstremizmlə, dini istismar və kin və nifrətin qızışdırlması ilə mübarizə yolları ətrafında da fikir mübadiləsi aparacaqlar. Bundan başqa, təşkilata üzv ölkələr arasında humanitar, elmi, texnoloji, informasiya, hüquq və maliyyə sahələri üzrə əlaqələrin möhkəmləndirilməsi də müzakirə mövzuları olacaq.

Asya Hacızadə

Geri dön