Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bu gün su çərşənbəsidir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Bu gün su çərşənbəsidir

Bu gün su çərşənbəsidir


Bu gün Azərbaycanda ilk çərşənbə - su çərşənbəsidir.

Su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlanır. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti ifadə olunur.

Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır.

Qeyd edək ki, od çərşənbəsi martın 5-da, yel çərşənbəsi martın 12-də, ilaxır - torpaq çərşənbəsi isə martın 19-da qeyd olunacaq.

Geri dön