Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > S-1 peşəkar döyüş liqası Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar idman yarışı keçirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > S-1 peşəkar döyüş liqası Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar idman yarışı keçirib

S-1 peşəkar döyüş liqası Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar idman yarışı keçirib


Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının və S-1 peşəkar döyüş liqasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar yarış keçirilib. Pirallahı Olimpiya İdman Kompleksində keçirilən turnirə Bakı və Sumqayıt şəhərlərini təmsil edən aşağı və orta çəki dərəcələrində 90 idmançı qatılıb.

Yarışın açılışında əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Pirallahı rayon təşkilatının sədri və S-1 peşəkar döyüş liqasının prezidenti Hikmət Şikarov ermənilər tərəfindən dinc əhaliyə qarşı törədilmiş vəhşiliyin təkcə azərbaycanlılara qarşı deyil, eyni zamanda, bütün insanlığa qarşı törədilən qatı cinayət olduğunu bildirib. Qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüququ, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq Xocalıya zirehli texnika yeridib, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutub. Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.

Ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışan D.Şikarov Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növlərinin də inkişaf etdirildiyini vurğulayıb. O, idmanın inkişafında belə turnirlərin önəmini vurğulayaraq, iştirakçılara uğurlar arzulayıb.

Gənc məşqçilər Zaur Əsgərov, Muxtar Allahyarov, Elnur Cəfərov və Emin Əsgərovun rəhbərlik etdikləri “Əli fayt”, “Hüseyn”, “Uraqan” və “Zağulba” idman klublarının aşağı və orta yaş qrupları üzrə idmançılarının çıxışları pirallahılı idmansevərlər tərəfindən böyük coşqu ilə qarşılanıb.

Sonda qaliblərə medal və diplomlar verilib.

Turnirin təşkilində əməyi olanlar S-1 peşəkar döyüş liqasının fəxri fərmanları ilə təltif ediliblər.

Geri dön