Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanlı siyasi məhbuslar aclıq aksiyasını dayandırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Azərbaycanlı siyasi məhbuslar aclıq aksiyasını dayandırıb

Azərbaycanlı siyasi məhbuslar aclıq aksiyasını dayandırıb


Beynəlxalq Ana Dili Günü ilə əlaqədar 5 günlük aclıq edən azərbaycanlı siyasi məhbuslar aclıq aksiyasını dayandırıb.

Fevralın 20-dən aclıq edən 5 siyasi məhbus fevralın 24-ü axşaam saatlarında aksiyaya son qoyub.

Ötən günlərdə bir qrup siyasi məhbus bəyanat yayaraq Beynəlxalq Ana Dili Günü münasibəti ilə aclıq aksiyası keçirəcəklərini açıqlamışdır.

Fəallar İranda millət və etniklər arasında tətbiq olunan ayrı-seçkilik siyasəti, millətlərin ana dilində təhsilə qoyulan qadağa, millətlərin kimliyinin rəsmi şəkildə tanınmaması, fərdi və ictimai hüquqların təmin olunmaması və mədəni azadlıqların olmaması səbəbindən aclıq aksiyası barədə qərar qəbul etmişdir.

Aksiya keçirən milli-mədəni fəallar İranın müxtəlif zindanlarında məhbus həyatı yaşayır. Lətif Həsəni Kərəcin Rəcayişəhr zindanı, Əmir Səttari Təbriz zindanı, Abbas Lisani Ərdəbil zindanı, Siyamək Mirzayi və İbrahim Nuri isə Tehranın Evin zindanında 5 günlük aclıq aksiyası keçirdilər.

Siyasi məhbuslar aclıq etdiyi müddətdə Tehran Əyaləti də daxil olmaqla Güney Azərbaycan şəhərlərində türkcə kitab paylama kampaniyası həyata keçirildi. Oxşar tədbirlə əlaqədar Tehranda Tohid Əmir Əmini və Kiyanuş Aslani adlı iki azərbaycanlı fəal poster payladıqları üçün təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldı.

Kitab paylama kampaniyası Ərdəbil və Meşginşəhr (Xiyav) şəhərlərində fevralın 24-dək davam etdirildi.

Aşağıdakı şəkil bazar günü Meşginşəhrdə şagirdlərə türkcə kitabların paylandığını əks etdirir.
Azərbaycanlı siyasi məhbuslar aclıq aksiyasını dayandırıb

Geri dön