Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Traxtur” ən çox tərəfdarı olan super liqa komandasıdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > “Traxtur” ən çox tərəfdarı olan super liqa komandasıdır

“Traxtur” ən çox tərəfdarı olan super liqa komandasıdır


Güney Azərbaycanın “Traxtur” futbol komandası tərəfdarlarının sayı baxımından İran üzrə birinci yerdədir.

Bu barədə “Varzesh11” futbol saytı məlumat yayıb.

Saytın yaydığı bir araşdırmada qeyd olunub ki, İran super liqasının 19-cü həftəsində çempionluq şansı olan klublar təxminən məlum olub. Hazırda Təbrizin “Traxtur” komandası 34 xalla turnir cədvəlinin 5-ci yerindədir və super liqa çempionu olmağa iddialıdır. Daha önəmli məsələ ondan ibarətdir ki, bu komandanın tərəfdarları görüşlərdə aktiv şəkildə iştirak edir, “Traxtur” super liqanın 19-cu həftəsində ən çox tərəfdarı olan komanda kimi tanınıb.

Məlumatda qeyd olunub ki, “Traxtur” tərəfdarlarının sayı baxımından paytaxt Tehranın iki əsas komandasından (“İstiqlal” və “Perspolis” komandaları nəzərdə tutulur) irəlidədir.

Geri dön