Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb


Fevralın 27-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.

Gürcüstan Prezidenti Salome Zurabişvilini Azərbaycanda görməkdən məmnunluğunu bildirən Birinci vitse-prezident Mehriban Əliyeva bu səfərin dost ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Azərbaycana səfərindən şad olduğunu deyən Prezident Salome Zurabişvili burada keçirilən görüşlərin əlaqələrimizin inkişafı baxımından əhəmiyyətini qeyd etdi.

Görüşdə ölkələrimiz arasında müxtəlif sahələr üzrə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Geri dön