Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev Azərbaycanın yürütdüyü regional siyasəti şərh edib (video)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev Azərbaycanın yürütdüyü regional siyasəti şərh edib (video)

Fərəc Quliyev Azərbaycanın yürütdüyü regional siyasəti şərh edib (video)


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev dünən – 27.02.2019 tarixində Azərbaycan Televiziyasının “Əsas məsələ” verilişinin qonağı olub. Həmin verilişdə “Azərbaycanın formalaşdırdığı regional əməkdaşlıq formatı bu gün bütövlükdə regionun iqtisadi və sosial rifahının təminatına çevrilib” mövzusu ətrafında aparılan müzakirədə partiya sədri əvvəlcə prezidentin regional əməkdaşlıqla bağlı son açıqlamarını şərh edib. Dövlətin qonşuluq siyasəti ilə bağlı Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü kimi aparıcının suallarını cavablandıran millət vəkili Gürcüstanın yeni seçilən prezidentinin ilk rəsmi səfərini Azərbaycana etməsinin səbəbləri və əsasları barədə danışıb, ölkələrimiz arasında münasibətlərin inkişaf istiqamətlərini göstərib və qeyd edib ki, xalqlar arasında münasibətlərin səviyyəsi siyasi müstəvidə qurulan münasibətlərdən daha uğurlu olur.
Müzakirələrdə o, dövlətin hərbi müstəvidə də yürütdüyü regional siyasət barədə də açıqlamalar verib.

F.Quliyevin həmin verilişdəki şərhlərinin videosunu təqdim edirik:



Geri dön