Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Traxtur”un növbəti rəqibi: “Sepahan”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > “Traxtur”un növbəti rəqibi: “Sepahan”

“Traxtur”un növbəti rəqibi: “Sepahan”


Təbrizin “Traxtur” futbol klubu cümə günü növbəti rəqibini qəbul edəcək.

İran üzrə futbol klublarının super liqa yarışlarının 20-ci həftəsində “Traxtur” İsfahanın “Sepahan” komandası ilə qarşılaşacaq.

Görüş martın 1-i yerli vaxtla saat 16:00-da Təbrizin səhənd stadionunda baş tutacaq.

“Traxtur”-“Sepahan” oyununu GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

Bu arada qeyd edək ki, bir neçə aydan sonra Təbrizə geri qayıdan şotlandiyalı hücumçu Li Ervinin “Sepahan”la görüşdə iştirak edib-etməyəcəyi hələlik məlum deyil. İdman saytlarında yayılan məlumata görə, o aylardır məşq etmədiyi üçün meydana çıxmağa yetəri qədər hazırlığı yoxdur, ona görə də qarşıdakı görüşdə iştirak etməsi sual altındadır.

N.S

Geri dön