Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Maki Sall ikinci dəfə Seneqal Prezidenti seçilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Maki Sall ikinci dəfə Seneqal Prezidenti seçilib

Maki Sall ikinci dəfə Seneqal Prezidenti seçilib


Seneqalda keçirilən prezident seçkilərinin yekun nəticələri açıqlanıb. Bu ölkənin seçki komissiyasının məlumatına görə, hazırkı dövlət başçısı Maki Sall yenidən Prezident seçilib.

Maki Sall seçicilərin səslərinin 58 faizini toplayıb. Onun seçkilərdə qələbəsinin səbəbi kimi ölkə iqtisadiyyatında son illər 6 faizlik artımın olması göstərilir. Bu, Afrika qitəsində ən yüksək göstəricilərdən biridir.

Maki Sallın müxalifətdən olan rəqibləri - Dakarın keçmiş meri Xəlifə Sall (qohumluq əlaqələri yoxdur) və Kərim Vade korrupsiya ittihamlarına görə seçki marafonunu vaxtından əvvəl tərk ediblər. Prezidentin əsas rəqibi, sabiq Baş nazir İdrissa Sek isə cəmi 21 faiz səs toplaya bilib.

Seneqaldakı prezident seçkilərində 6,6 milyon seçici səs verib.

Geri dön