Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avstriyada meteorologiya tarixində ən isti qış günü qeydə alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Avstriyada meteorologiya tarixində ən isti qış günü qeydə alınıb

Avstriyada meteorologiya tarixində ən isti qış günü qeydə alınıb


Fevralın 28-i Avstriyada temperaturun ölçüldüyü son 250 ildə bu ayın ən isti günü kimi tarixə düşüb.

Bu barədə məlumatı Meteorologiya və Geodinamika üzrə Mərkəzi İdarə yayıb. Məlumatda bildirilir ki, bu il fevralın 28-də ölkənin bəzi regionlarında (Cənubi Burqenland və Qərbi Ştiriya) havanın hərarəti 24,2 dərəcəyə çatıb. Bu göstərici 1960-cı il fevralın 29-da Avstriyanın Bruk an der Mur şəhərində qeydə alınmış rekord göstəricini (23,6 dərəcə) geridə qoyub.

Fevralın 28-də ölkədəki 280 meteoroloji stansiyada havanın temperaturunun müsbət 20 dərəcədən yuxarı olduğu qeydə alınıb.

Geri dön