Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda bəhai dinindən olan Qəzalə Baqiri Tari 5 il həbsə məhkum edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda bəhai dinindən olan Qəzalə Baqiri Tari 5 il həbsə məhkum edilib

İranda bəhai dinindən olan Qəzalə Baqiri Tari 5 il həbsə məhkum edilib


İranda bəhai dininə mənsub olduğuna görə Tehran şəhər sakini Qəzalə Baqiri Tari 5 il müddətinə həbsə məhkum edilib. Bu barədə, iranlı hüquq müdafiəçiləri məlumat yayıb.

Bildirilir ki, Qəzalə Baqiri Tari, 2018-ci ilin oktyabr ayında bəhai dininin peyğəmbəri sayılan Bəhaullahın anadan olmasının 200-cü ildönümü münasibətilə şəxsi mənzilində keçirdiyi bir mərasimdə həbs olunsa da, o, 23 gün Evin zindanında saxlandıqdan sonra 200 min tümənlik mülki vəsiqə girovu qarşılığında müvəqqəti olaraq, azadlığa buraxılmışdı.

Həmin vaxt, mənzilə hücum edən ETTELLAT əməkdaşları xanım Qəzalənin evində yoxlama aparmış, bəhai dininə aid bütün kitabları və onun şəxsi kompüterini götürmüş, mərasimə qatılan digər bəhailərin hər birindən, bir daha bu kimi mərasimlərə qatılmayacaqları barədə yazılı ifadə almışdılar.

Yayılan məlumata əsasən, Tehran inqilab məhkəməsi, Qəzalə Baqiri Tarini, bəhai dininə mənsub olmaqda, bəhai dininin təbliği ilə bağlı şəxsi mənzilində qanunsuz mərasimlər keçirməkdə və digər fəaliyyətlərdə günahlandıraraq, 5 il müddətinə həbsə məhkum edib.

Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşayır. İran İslam Respublikasının ana yasası, bəhai dinini müstəqil bir din kimi tanımır. Məhz buna görə də, son 40 ildə ölkədə bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb. İrandakı radikal ruhanilərin təhriki ilə “Hizbullah”çı dəstələr, vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını dağıdırlar. 1979-cu ildə İranda islam hakimiyyəti qurulandan bu günə kimi, ölkədə yüzlərlə bəhai edam edilib.

Geri dön