Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Festival çərçivəsində “YUĞ”un iki tamaşası göstərilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Festival çərçivəsində “YUĞ”un iki tamaşası göstərilib

Festival çərçivəsində “YUĞ”un iki tamaşası göstərilib


Azərbaycan “YUĞ” Dövlət Teatrı “Boş məkanın dolğunluğu-2” eksperimental tamaşalar festivalının ilk günündə iki tamaşa ilə çıxış edib.

Teatrdan bildirilib ki, festivalın açılışından sonra A.B.Kasaresin “Qəbir qazma üsulu” əsəri əsasında Gümrah Ömərin quruluş verdiyi tamaşada Əməkdar artistlər Sonaxanım Mikayılova, Vidadi Həsənov, aktyorlar Oqtay Mehdiyev və Mətanət Abbaslı çıxış ediblər. “Mənəviyyatlı insan, qarşısına çıxan hər hansı bir problemi cinayət yolu ilə həll etməyə cəhd göstərirsə, o məhvə məhkumdur” ideyasını aktuallaşdıran tamaşanın məzmunu belədir: iki gənc bir-birini sevir, bir yerdə yaşayır, ailə qurur və öz işlərini qurmağa çalışırlar. İstəyirlər ki, arzuladıqları bu iş gözdən-könüldən uzaq olan bir yerdə qurulsun. Orada yaşasınlar, orada iş qursunlar, bütün həyatlarını ora ilə bağlasınlar. Nəhayət, belə bir yerə rast gəlirlər. Ev alırlar, kafe açmaq üçün ideal bir yer seçirlər, lakin maddi çətinliklə üzləşirlər.

Bundan başqa, sənət ocağının yaradıcı kollektivi daha bir tamaşanı - “Metamorfoza”nı tamaşaçıların ixtiyarına verib. Səhnə əsərinin quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımovdur. S.Haqverdiyevanın əsərləri əsasında hazırlanan səhnə əsərində Zümrüd Qasımova, Oqtay Mehtiyev və Elgün Həmidov iştirak ediblər. Üç naməlum şəxs düşdükləri şəraitdə islah olmaq üçün “özlərini kənardan görməyi” oynamağa başlayaraq, nəticədə anbaan zamandan qopurlar. Qurtulmaq üçün uşaqlaşırlar. Hər iki səhnə əsərində aktyorların məharətli çıxışı səhnə əsərlərini baxımlı edib, tamaşalar maraqla qarşılanıb.

Geri dön