Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ramil Səfərov üçün imza kampaniyası başa çatdı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Ramil Səfərov üçün imza kampaniyası başa çatdı

Ramil Səfərov üçün imza kampaniyası başa çatdı


Macarıstanda həbsdə olan azərbaycanlı zabit Ramil Səfərovun yenidən mühakiməsi və Azərbaycana ekstradisiya olunması üçün Türkiyənin İğdir şəhərində başladılan imza kampaniyası başa çatdı.


Kampaniyanı təşkil edən Əsassız erməni iddiaları ilə mübarizə dərnəyinin (ASİMDER) sədri Göksel Gülbey toplanan 2 500 imzanı poçtla paytaxt Ankarada olan Macarıstan səfirliyinə göndərib. Sədr Gülbey həmçinin Avropa, Rusiya və Azərbaycanda da başlatdıqları imza kampaniyalarının bu gün (dünən) etibarilə başa çatdığını deyib.

Qeyd edək ki, ASİMDER rəhbəri Göksel Gülbey bu kampaniya ilə Ramil Səfərovun yenidən mühakimə olunmasını tələb etdiklərini yurğulayıb. “Ramil Səfərovun ailəsinin həm maddi həm də mənəvi vəziyyətini nəzərə alaraq yenidəb mühakimə olunmasını və Azərbaycana ekstradisiyasını tələb edirik. Bu məqsədlə başlatdığımız kampaniyadan topladığımız 2 500 imzanı Macarıstan səfirliyinə göndərdik”./

Geri dön