Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Estoniyada parlament seçkilərində müxalifət qalib gəlib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Estoniyada parlament seçkilərində müxalifət qalib gəlib

Estoniyada parlament seçkilərində müxalifət qalib gəlib


Estoniyada keçirilən seçkilərin yekununda beş partiya parlamentdə təmsil olunmaq hüququ qazanıb. Müxalifətçi sağ liberal İslahat Partiyası mandatların üçdə birini əldə edib.
Bu barədə Estoniya Seçki Komissiyasına istinadən RİA "Novosti" məlumat yayıb.
İlkin məlumatlara görə, İslahat Partiyası 28,8% səs toplayıb və parlamentdə mövcud 101 yerdən 34-nü qazanıb.
Mərkəz Partiyası 23% (26 yer), Mühafizəkar Xalq Partiyası 17,8% (19 yer), "Isamaa" Partiyası 11,4% (12 yer), Sosial Demokrat Partiyası 9,8% (10 yer) səs toplayıb.
Estoniyada parlament seçkiləri martın 3-də keçirilib.

Geri dön