Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > 29 güneyli fəal Qarabağla bağlı plakata etiraz etdiyi üçün saxlanılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > 29 güneyli fəal Qarabağla bağlı plakata etiraz etdiyi üçün saxlanılıb

29 güneyli fəal Qarabağla bağlı plakata etiraz etdiyi üçün saxlanılıb


Xocalı soyqırımının ildönümündə Ermənistan baş naziri Nikol Paşinyanın Tehrana səfəri və “Ararat” klubunda erməni icması ilə görüşü zamanı “Qarabağ Ermənistandır, vəssalam” sözləri yazılmış plakatın qaldırılması güney azərbaycanlıların kəskin etirazına səbəb olub, bununla bağlı 29 nəfərin saxlandığı bildirilir.

Məlumata görə, martın 2-də azərbaycanlı milli-mədəni fəal Yusif Sələhşur öz iş yerində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Bundan əlavə, martın 1-də “Traxtur”la “Sepahan”ın Təbrizin səhənd stadionunda görüşündən sonra 28 soydaşımız stadiondan çıxarkən saxlanılıb. Tutulanlardan hələlik 9-nun kimliyi müəyyənləşib: Ehsan İsmayıldoxt, Mehdi Həmzei, Babək Siyami, Davud Mahmudi, Kərim Kərimi, Həmid Baği Beyrəq, Bəhram Azad, Hadi Abbaspur və Ramin Aradgər.

Saxlanılanlardan bəzilərinin Saib təcridxanasında döyüldüyü bildirilir. Onların barəsində hələlik daha ətraflı məlumat yoxdur.

Təhlükəsizlik qüvvələri saxlanılan fəalların ailəsinə onların azadlığa buraxılacağını bildiriblər. Hətta konkret olaraq 8 nəfər barəsində vəsiqə qərarı çıxarılacağı bildirilib, lakin onların sərbəst buraxılması ilə əlaqədar hələlik heç bir qərar verilməyib.

Cümə günü Təbrizin səhənd stadionunda Güney Azərbaycanın “Traxtur” və İsfahanın “Sepahan” futbol komandaları arasında keçirilən görüş zamanı İran və Ermənistanın Azərbaycana qarşı məqsədyönlü tədbirlərinə cavab olaraq Dağlıq Qarabağa dəstək nümayiş etdirilib. Təxminən 50 min “Traxtur” tərəfdarı oyun boyu “Qarabağ bizimdir, bizim olacaq” şüarı səsləndirərək Azərbaycan torpaqlarının işğalçılardan azad olunacağına təkid ediblər.
Stadionda Azərbaycan Respublikasının üçrəngli bayrağı da dalğalandırılıb.

1992-ci il 26 fevral tarixində azərbaycanlılar Xocalıda ermənilər tərəfindən soyqırıma məruz qalıb. Bu faciənin 27-ci ildönümündən bir gün sonra Ermənistanın baş naziri N.Paşinyan İrana rəsmi səfər edib. O səfər çərçivəsində bu ölkənin prezidenti Həsən Ruhani və dini lideri Əli Xamneyi ilə görüşüb, tərəflər iki ölkə arasında əlaqələrin daha da genişlənməsi barədə müzakirələr aparıb.
Nikol Paşinyan Tehranda səfərdə olarkən “Ararat” klubunda erməni icması ilə də görüş keçirib. Görüşdə “Qarabağ Ermənistandır, vəssalam” yazılmış plakat qaldırılıb. İranın Azərbaycanın ərazi bütövlüyünə qarşı plakatın qaldırılmasına imkan tanıması güney azərbaycanlıların geniş etirazına səbəb olub.

N.S

Geri dön